Bakıda polisin qarşısını kəsən sürücü hərəkəti çətinləşdirdi- VİDEO

Qaydalar 10 İyun 2021 10:37 Oxunub 3360
Bakıda polisin qarşısını kəsən sürücü hərəkəti çətinləşdirdi- VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda sürücünün polisə qarşı etdiyi hərəkət avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, paytaxtın Neftçi Qurban Abbasov küçəsində sayrışan işıqlarını qoşaraq hərəkət edən post patrul xidməti avtomobilinə yol verməyən sürücü onun hərəkətinə çətinlik yaradıb. Belə ki, patrul avtomobilində sayrışan işıqların yanmasına baxmayaraq, 10-ZL-051 qeydiyyat nişanlı "Dodge" markalı avtomobilin sürücüsü polis avtomobilinin keçib getməsinə şərait yaratmayıb. Görüntüdən aydın şəkildə görünür ki, polis əməkdaşı əks istiqamətə çıxaraq həmin avtomobili keçib getmək istəyir, lakin sürücü əks istiqamətə keçərək polis avtomobilinə növbəti dəfə yol verməyib. 
Qeyd etdiyimiz avtomobilin sürücüsü Neftçi Qurban Abbasov küçəsindən Yeni Salyan yoluna kimi polis əməkdaşının hərəkətini məhdudlaşdırıb.


Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh