"Prado" ilə "protiv" çıxıb maşınların üzərinə sürdü - ANBAAN VİDEO

Paytaxtın Nizami rayonunda kobud qayda pozan sürücü real qəza şəraiti yaradıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 23-də saat 08:34 radələrində Qara Qarayev prospekti ilə Nəsimi küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Toyota Prado” markalı avtomobil əks istiqamətli yola çıxaraq axına qarşı hərəkət edib. Bu zaman o, qarşı tərəfdən gələn 99-NY-526 dövlət nömrə nişanlı “KIA” markalı maşının önünə çıxıb. Xoşbəxtlikdən “KIA” sürücüsü anidən tormoz verərək baş verə biləcək təhlükənin qarşısını alıb.
Təəssüflə qeyd edək ki, bəzi sürücülər sıxlıq zamanı bir neçə saniyəlik qabağa düşmək üçün qarşı tərəfə keçirlər. Lakin unutmaq olmaz ki, törətdikləri əməl qəzaya, hətta insan ölümünə səbəb ola bilər.
Xatırladaq ki, bu qayda pozuntusuna görə İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə 4 bal 150 manat cərimə nəzərdə tutulub.
Nərmin
"Sürücülərə bu halda tətbiq edilməlidir" - Cərimə balı sistemi - VƏKİL
Orta zolaqdan geriyə dönən qadın sürücü az qala qəza törədəcəkdi - VİDEO
Maşının işığını yolboyu yandırıb-söndürərək digər sürücüləri narahat etdi - VİDEO
Sürücü maşının qarşısına çıxıb qəza şəraiti yaratdı, üstəlik etiraz etdi - VİDEO
Qabağa düşmək istəyən sürücü sarı işıqda keçib tıxaca qaldı - VİDEO
Nakotikin təsiri altında traktor sürdü - Sürücülük hüququndan 2 illik məhrum edildi
Məhəlləarası yolda yarışa çıxdılar, yol polisi araşdırmaya başladı - VİDEO
Bu ərazidə avtobuslar taksilərin əlindən dayanacağa daxil ola bilmir - VİDEO
Maşını yolun ortasında park edib yoxa çıxan sürücünü DYP belə tapdı - FOTO
Qəsəbədə yük maşını hər gün piyada keçidini zəbt edir - 77-HN-425 - FOTO
Sürücü motosikleti "şahə qaldıraraq" təhlükə yaratdı - ANBAAN VİDEO - YENİLƏNİB











