"Prado" su arxına aşdı: ata və 3 övladı... - Qəbələdə

Qəbələ rayonunda bir ailənin 4 üzvünün ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Qəbələ-İsmayıllı avtomobil yolunun Nohurqışlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Əsədov Vasif Nadir oğlu 90-BH-400 dövlət nömrə nişanlı, “Toyota Prado” markalı avtomobillə hərəkətdə olarkən qəflətən onun qarşısına “VAZ 21010” markalı maşın çıxıb. Vasif Əsədov həmin avtomobillə toqquşmamaq üçün manevr etmək istəyərkən idarəetməni itirərək avtomobili su arxına aşırıb. “VAZ 21010” markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Hadisə zamanı Vasif Əsədov, onun övladları-2005-ci il təvəllüdlü İlkin, 2007-ci il təvəllüdlü Nadir və 2013-cü il təvəllüdlü Nuray müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar təcili yardım avtomobili ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












