Gəncədə yol hərəkəti qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunub - FOTO

Qaydalar 8 İyul 2022 22:12 Oxunub 1502
Gəncədə yol hərəkəti qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunub  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, 10-a yaxın gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə dövlət qeydiyyat nişanı olmadan, qanunla qadağan edilməsinə baxmayaraq avtomobilə kosntruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. Qeyd edilməlidir ki, saxlanılan şəxslərdən bir neçəsi daha əvvəl də anoloji inzibati xəta törədərək məsuliyyətə cəlb olunub.Bundan başqa onların arasında Vətən Müharibəsi qazilərinin və iştirakçılarının olması isə təssüf doğuran haldır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh