Reklam

“Prius” sürücüsü keçiddə piyadaları təhlükəyə atdı - 77-CC-744 - VİDEO

Qaydalar 22 Aprel 2024 18:00 Oxunub 906
“Prius” sürücüsü keçiddə piyadaları təhlükəyə atdı   - 77-CC-744 - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtda qaydaları kobud şəkildə pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, aprelin 19-da, Landau küçəsindəki keçiddən keçən piyadalara görə digər avtomobillər dayanıb.

Bu zaman 77-CC-744 qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü hərəkətini davam etdirərək piyadalara yol verməyib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə görə piyadaya yol verməyən sürücü 50 manat məbləğində cərimə olunur. Qanunda deyilir ki, sürücü piyada keçidinin qarşısında dayanan maşınların bərabərində dayanmalı, onların qarşısında piyadaların olmadığına əmin olduqdan sonra hərəkəti davam etdirməlidir.

 

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh