"Prius" sürücüsü keçidi keçən piyadaya təhlükə yaratdı - VİDEO

Qaydalar 14 Mart 2024 12:00 Oxunub 696
"Prius" sürücüsü keçidi keçən piyadaya təhlükə yaratdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda piyadaya yol verməyən sürücünün hərəkətləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə martın 12-də, paytaxtın Landau küçəsində baş verib. Belə ki, 99-UP-375 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü keçidi keçən piyadaya yol verməyərək hərəkətinə davam edib.

"Yol hərəkəti haqqında" qanunun 54-cü maddəsində qeyd olunub ki, Əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər. Videogörüntüdəki sürücü bu qaydaya əməl etmədiyi üçün piyadanın həyatı üçün təhlükə yaradıb.

 

Leyla

ŞƏRH YAZ
Ad

E-mail

Şərh