“Prius” sürücüsü parklanma yerində qanunları ələ salıb görüntü paylaşdı - VİDEO

Qaydaları kobud şəkildə pozan sürücü özünü ifşa edən video paylaşıb.
Avtosfer.az xəbər verir ki, hadisə Sədərək Ticarət Mərkəzində qeydə alınıb.
Belə ki, 99-VZ-836 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsünün avtomobili yanlış park etdiyi video sosial şəbəkələrdə yayılıb.
Görüntülərdən aydın olur ki, həmin sürücü parkinq yerində bir neçə avtomobilin saxlaya biləcəyi yeri zəbt edərək parklanıb. Videonu qeydə alan şəxs bildirir ki, bütün avtomobillər düz dayansa da təkcə “Prius” “çəp” dayanıb. Belə sürücülər şəhərdə niyə çoxdu? Bu sürücülər ilə mübarizə aparmaq lazımdı”. Sonra isə məlum olur ki, bu sözləri deyən elə qaydaları heçə sayan sürücülərdən biridir. Çünki sözügedən “Prius”a oturub, avtomobili işə salır. Dayanma-durma qaydalarını pozan sürücü sanki olanları lağa qoyurmuş kimi həm tənqid edən, həm də tənqid olunan şəxsdir. Bu bayağılığı nə səbəbdən etdiyi isə bəlli deyil.
Məhəbbət Tərlanoğlu
Sumqayıtda təhlükəli anlar: İşıqforu və piyadanı gözardı edib şütüdü - VİDEO
Bu sürücünün qanunu pozması hamıya maneə yaratdı - 99-QB-873 - FOTO+VİDEO
Dairədəki maşını görə-görə yol verməyən sürücü qəza riski yaratdı - VİDEO
Zolağına sığmayan sürücü yolayrıcında qəza şəraiti yaratdı - VİDEO
Bu küçədə qaydasızlıq baş alıb gedir: Sürücülər yolayrıcında xaos yaradır - VİDEO
Sürücülər Çin maşınlarını səkidə saxlayıb piyadalara mane olur - FOTO
"Sürücülərə bu halda tətbiq edilməlidir" - Cərimə balı sistemi - VƏKİL
Orta zolaqdan geriyə dönən qadın sürücü az qala qəza törədəcəkdi - VİDEO
Maşının işığını yolboyu yandırıb-söndürərək digər sürücüləri narahat etdi - VİDEO
Sürücü maşının qarşısına çıxıb qəza şəraiti yaratdı, üstəlik etiraz etdi - VİDEO
Qabağa düşmək istəyən sürücü sarı işıqda keçib tıxaca qaldı - VİDEO











