“Prius”la “hoqqa”lar verən sürücü 15 sutkalıq HƏBS OLUNDU - VİDEO

Qaydalar 1 İyun 2024 18:34 Oxunub 4658
“Prius”la “hoqqa”lar verən sürücü 15 sutkalıq HƏBS OLUNDU   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtda “Toyota Prius” markalı avtomobillə təhlükəli hərəkətlər edən sürücü həbs olunub.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli bununla bağlı Avtosfer.az-a məlumat verib. O bildirib ki, sürücü barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs tətbiq edilib.
Qeyd edək ki, 77-FX-867 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü sükan çənbərini ayağıyla idarə etmişdir. Eyni zamanda o, avtomobili hərəkətə gətirərək sükanı tərk edən başqa bir şəxsin görüntüsünü də sosial şəbəkə hesabında paylaşmışdır.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh