Prospektdə keçiddən keçən it və növbəsini gözləməyən “BMW” sürücüsü - VİDEO

Bakının Hüseyn Cavid prospektində işıqforu gözləyərək yolu piyada keçidindən keçən it görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə martın 25-i səhər saatlarında qeydə alınıb. Videodan göründüyü kimi, o işıqforun yaşıl işığının yandıqdan sonra piyada zolağından yolu keçib. Hətta it yolu keçərkən ətrafa bir daha baxıb. Daha sonra ehmalca yoluna davam edib. Lakin “BMW” markalı avtomibilin sürücüsü heyvanı və işıqforu görməzdən gələrək yoluna davam edib.
Ağıllı itin bu hərəkəti sosial şəbəkə izləyiciləri tərəfindən rəğbətlə qarşılanıb. Onlar şüursuz canlının bu təqdirəlayiq davranışını şüurlu varlıq olan insanların qayda pozmalarıyla müqayisə ediblər.
Təəssüflə qeyd edək ki, heyvanların vurulmasıyla nəticələnən yol qəzaları kifayət qədərdir. Bəzi hallarda sürücü təqsirkar olmasa da, videodan da göründüyü kimi ayrı-seçkilik edərək heyvanı görməzdən gələnlər var.
Nərmin
Avtobus sürücüsündən TƏHLÜKƏLİ MANEVR: Qəza şəraiti yarandı - VİDEO
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO










