Banner

Prospektdə qəfil sola keçən “Prius” sürücüsü hamilə qadını xəstəxanalıq etdi - VİDEO

Qaydalar 21 Aprel 2025 15:30 Oxunub 734
Prospektdə qəfil sola keçən “Prius” sürücüsü hamilə qadını xəstəxanalıq etdi   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Heydər Əliyev prospektində qayda pozan sürücü sərnişinə qorxulu anlar yaşadıb.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Instagram” ünvanına videomaterial göndərib. Hadisə aprelin 21-də saat 07:02 radələrində qeydə alınıb. Hərəkətdə olan 77-DY-224 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Belə ki, o, qəfil sola keçid edərək həmin zolaqdakı sürücüyə qəza şəraiti yaradıb. İzləyici bildirib ki, avtomobildə olan sərnişin - hamilə qadın yaranmış vəziyyətdən həyəcan keçirdiyi üçün onu xəstəxanaya aparıb və bu səbəbdən doğum vaxtından əvvəl gerçəkləşib.  

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh