Prospektdə qəfil zolağını dəyişən sürücü qorxulu anlara səbəb oldu - VİDEO

Paytaxtın 8 Noyabr prospektində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 30-da saat 18:07 radələrində qeydə alınıb. Kadrlardan göründüyü kimi, 99-BH-435 dövlət nömrə nişanlı “Ford” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Geriyə dönmək istəyən sürücü yolayrıcına yaxınlaşarkən ən sola keçmək üçün orta zolağa çıxıb və qəfil əyləci sıxaraq görüntünü qeydə alan maşına qəza şəraiti yaradıb. Xoşbəxtlikdən, təhlükə ilə üzləşən sürücü ehtiyatlı davranaraq qəzanın qarşısını alıb.
Təəssüf ki, bəzi sürücülər öncədən düzgün zolağı seçmirlər və son anda qəfil manevrlər etməklə təhlükəyə səbəb olurlar. Onların çoxu dönmə işığını yandırmaqla istənilən vaxt üstünlüyə malik olduqlarını düşünürlər. Lakin bu, qayda pozuntusunu dəyişmir. Hər bir sürücü manevr etməzdən öncə zolağın boş olduğuna əmin olmalı, daha sonra əməliyyatı icra etməlidir.
Nərmin
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO
Şəhərin mərkəzində nişanlara məhəl qoymayan sürücü qaydanı pozdu - VİDEO
Yolayrıcını düzgün keçə bilməyən avtobus sürücüsü əks yola çıxıb maneə yaratdı - VİDEO
Reyddə saxlanılan sürücü sərxoş çıxdı: “Jurnalist çağırın” deyib dava saldı - VİDEO
Dönmə işığına arxayın olan "BakuBus" sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Masazırda yolu kəsən sürücü görün özünə necə haqq qazandırdı - VİDEO
Qusarda avtoxuliqanlıq edən sürücü 15 sutka həbs edildi - FOTO
Sürücünün qaydaları kobud şəkildə pozmasının ANBAAN VİDEOsu
Boş yerdə dayanmayıb yolun ortasında sərnişin düşürən sürücü hərəkəti məhdudlaşdırdı - VİDEO









