Prospektdə təhlükə yaradan sürücü əl-qol hərəkətləri ilə özünə haqq qazandırdı - VİDEO
Qaydalar
15 Avqust 2025 16:30
Oxunub 1400

Paytaxtın Heydər Əliyev prospektində qayda pozan sürücü görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 12-də saat 08:20 radələrində qeydə alınıb. Videodan göründüyü kimi, 77-VR-066 dövlət nömrə nişanlı “BYD” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Belə ki, qayda pozan şəxs sol zolaqda hərəkətdə olan maşına məhəl qoymadan həmin zolağa manevr edib və sürücünü sıxışdırıb. Üstəlik, o, siqnal verib iradını bildirən sürücüyə əl-qol hərəkətləri ilə cavab verərək özünə haqq qazandırıb.
Nərmin
ŞƏRH YAZ














