Prospektdə yol nişanlarını görməzdən gələn sürücülər - 99-AA-269 və 99-MG-097 - VİDEO

Paytaxtın Yasamal rayonu İnşaatçılar prospektində dayanma-durma qaydalarını pozan sürücülər görüntülənib.
Bununla bağlı izləyicimiz Avtosfer.az-ın “Whatsapp” adresinə foto və videomaterail göndərib. İnşaatçılar prospektində qeydə alınmış videoda 99-AA-269 dövlət nömrə nişanlı “Volvo” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini dayanma və durmanı qadağan edən nişanının (3.27 nişanı) yaxınlığında saxlayıb. Bu zaman o, digər maşınların hərəkətinə çətinlik yaradıb. Digər görüntüdə isə 99-MG-097 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü isə piyada keçidini önündə maşınını park edib.
Qeyd edək ki, dayanma-durma qadağandır nişanının olduğu ərazidə maşını park etmək İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, 20 manat məbləğində cəriməylə nəticələnir. Piyada keçidləri və onlara 5 metr yaxın məsafədə dayanmağa görə isə sürücülərə 2 bal və 60 manat cərimə tətbiq olunur.
Nərmin
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO
Sürücü evakuatoru işıqforun altında saxlayıb hərəkətə maneə yaratdı – 77-TE-419 - VİDEO










