Prospektdə yolu kəsən sürücü uzun tıxaca səbəb oldu: Müəmmalı hadisə - VİDEO

Xırdalan şəhərində qayda pozan sürücünün videosu kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 7-də, Heydər Əliyev prospektində baş verib.
Belə ki, 99-FM-898 qeydiyyat nişanlı "KIA" markalı avtomobilin sürücüsü sol zolaqda dayanaraq yolu kəsib. Bu səbəbdən yolda uzun tıxac yaranıb.
Videogörüntünü qeydə alan sürücü həmin avtomobilin hansı səbəbdən dayandığının məlum olmadığını bildirib. O, qeyd edir ki, sürücü avtomobili yolun sol zolağında park edən zaman özü də sükan arxasında olub.
Qeyd edək ki, avtomobilin nasazlıq səbəbindən və ya digər səbəblərdən yolun sol zolağında bu formada dayandırılması qanuna ziddir. Nasazlıq səbəbindən məcburi dayanma hallarında sürücü avtomobili yolun hərəkət hissəsindən kənara çəkməlidir. Dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır.
Könül Rauf
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










