Prospektdəki məşhur fast-food restoranı səkini zəbt edərək teras yaradıb – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO

Paytaxtın ən geniş küçələrindən birində sahibkar özbaşınalığı uzun müddətdir piyadaların hərəkətinə maneə yaradır.
Avtosfer.az xəbər verir ki, Yasamal rayonu Hüseyn Cavid prospektində bir müddət əvvəl açılan restoran artıq səkini də obyektin tərkib hissəsinə çevirib.
Belə ki, ölkənin məşhur fast-food restoranlarından biri “Friends” prospektdə açılan yeni filialda binanın altındakı geniş obyektlə kifayətlənməyib, üstəlik səkiyə bir neçə dipçək qoyaraq səkini də özəlləşdirib.
“Avtosfer.az-ın sosial şəbəkə hesabına video göndərən vətəndaş bildirib ki, bu hal obyekt yenicə açılarkən mövcud deyildi. Sahibkar sonradan hansısa üsulla ya teras üçün icazə alıb, ya da hansısa icazəsi belə yoxdur, amma özəlləşdirmə halından da çəkinmir.
Şəhər sakinləri səkiləri belə özəlləşdirərək piyadaların hərəkətinə çətinlik yaradan sahibkarlara qarşı aidiyyəti qurumlardan təcili tədbir görmələrini tələb edir.
Səfər
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO
Sürücü evakuatoru işıqforun altında saxlayıb hərəkətə maneə yaratdı – 77-TE-419 - VİDEO










