"Protiv" sürüb qəza şəraiti yaradan evakuator sürücüsü saxlanıldı və... - VİDEO
Qaydalar 23 Fevral 2021 14:05 Oxunub 1216
"Protiv" sürüb qəza şəraiti yaradan evakuator sürücüsü saxlanıldı və...  - VİDEO

Bakıda qayda pozan evakuator sürücüsü cərimələndi. Belə ki, fevralın 22-i paytaxtın Əhməd Rəcəbli küçəsində hərəkət edən 99-ET-551 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü 1.3 qoşa xəttin tələbini pozaraq əks istiqamətə çıxıb və təhlükəli manevr edərək qəza şəraiti yaradıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, videomaterial yayılandan dərhal sonra sürücü aşkar edilib və idarəyə dəvət olunaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 100 manat 4 bal cərimə protokolu tərtib edilib.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh