Qabağa düşmək istəyən qadın sürücü iki dəfə qayda pozdu - 99-SN-117 - VİDEO
Qaydalar
23 Sentyabr 2025 13:30
Oxunub 1514

Paytaxtın Babək prospektində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına video göndərib. Hadisə sentyabrın 20-də saat 16:31 radələrində qeydə alınıb. Kadrdan göründüyü kimi, 99-SN-117 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Belə ki, o, sağ zolaqdakı maşına əhəmiyyət vermədən bütöv xəttin tələbini pozaraq həmin zolağa daxil olub və qəza şəraiti yaradıb.
Şikayətçi bildirib ki, xanım sürücü sıxlıqda gözləməmək üçün əvvəlcə sola - geriyə dönməyə icazə verən zolağa keçib. Daha sonra o, səhv zolaqda dayandığını görərək yenidən sağ zolağa daxil olub. Bu zaman izləyici maşınına maddi zərər dəyməməsi üçün ona yol verib.
Nərmin
ŞƏRH YAZ














