Banner

Qabağa düşmək istəyən sürücü eyni anda iki avtomobilə təhlükə yaratdı - VİDEO

Qaydalar 25 Dekabr 2025 16:30 Oxunub 424
Qabağa düşmək istəyən sürücü eyni anda iki avtomobilə təhlükə yaratdı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Nizami rayonu, Məmmədəli Şərifli küçəsində (“Qara Qarayev” metrosu yaxınlığında) kobud qayda pozan sürücü avtomobilin kamerasına düşüb. 

Avtosfer.az-ın məlumatına görə, hadisə dekabrın 20-də saat 13:40 radələrində baş verib.

Videodan göründüyü kimi, tıxacda gözləmək istəməyən 99-OX-775 dövlət nömrə nişanlı “Chevrolet Cruze” markalı avtomobilin sürücüsü əks istiqamətli yola çıxaraq hərəkət edib. Qarşı tərəfdən nəqliyyat vasitəsinin gəldiyini görən sürücü sağ zolağa manevr edib. Lakin bu zaman o, həmin zolaqdakı sürücünü sıxışdıraraq qəza şəraiti yaradıb.

Belə hallardan qaçmaq üçün sürücülər həmişə yol nişanlarına əməl etməli, əks istiqamətə çıxmaqdan çəkinməli və qarşıdan gələn nəqliyyat vasitələrini nəzərə almalıdır. Yol təhlükəsizliyi hər kəsin öhdəliyidir.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh