Qabağa düşmək üçün belə hərəkət edən sürücülərin diqqətinə! - TƏHLÜKƏLİDİR - VİDEO

Əksər sürücülər paytaxt yollarında yüksək sürətlə hərəkət edərək vaxt qazanmaq istəyirlər. Biz dəfələrlə qeyd etmişik, videogörüntü ilə nümunələr gətirmişik ki, qayda pozmaqla, yüksək sürətlə hərəkət etməklə qabağa düşmək olmur. Əksinə həm sürücü təhlükə ilə üz-üzə qalır, həm də digər hərəkət iştirakçıları. Avtosfer.az buna nümunə olaraq qabağa düşmək istəyən daha bir sürücünün videosunu sizə təqdim edir.
Belə ki, videogörüntü noyabrın 25-də, paytaxtın Şəfaət Mehdiyev küçəsində qeydə alınıb. 90-GA-909 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü görüntünü qeydə alan avtomobili sağdan ötərək yüksək sürətlə hərəkət edib. Lakin o, Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişmədə qırmızı işıqda gözləməli olub. Yaşıl işıq yandıqdan sonra sürücü, yenidən hərəkət sürətini aşayaraq yüksək sürətlə yoluna davam edib. Bu dəfə də Bəxtiyar Vahabzadə küçəsi ilə kəsişmədə qırmızı işıqda dayanmalı olub. Sürücü hər iki halda qazandığı 2-3 saniyə vaxtı svetoforda itirməli olub.
Könül Rauf
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO











