Banner

Qabağı göydə “Khazar”la təlükəli “şou” göstərən sürücü - 77-KB-974 - VİDEO

Qaydalar 15 Yanvar 2026 10:41
Qabağı göydə “Khazar”la təlükəli “şou” göstərən sürücü -  77-KB-974    - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Lənkəranda kobud qayda pozan sürücü videolarını sosial şəbəkədə yayıb.

Avtosfer.az-ın məlumatına görə, 77-KB-974 dövlət nömrə nişanlı “Khazar” markalı avtomobilin sürücüsü qarşı tərəfdən gələn nəqliyyat vasitəsinə məhəl qoymadan bütöv xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb.

Kadrdan da göründüyü kimi, o, “şou” göstərməyə çalışıb və bu zaman arxadan gələn sürücü onu lentə alıb. Digər görüntüdə isə o, nəqliyyat vasitəsini dövlət nömrə nişanı olmadan idarə edib.

Eyni zamanda sürücü avtomobilin konstruksiyasına dəyişiklik edib və maşının arxa tərəfinə qadağan olunmuş işıq cihazı - sayrışan formada üçüncü stop işığı quraşdırıb.  

Nərmin

Oxunub 556
ŞƏRH YAZ
Ad

E-mail

Şərh