Banner

Maşının qabağını qaldırıb “şou” göstərən sürücü YENƏ CƏRİMƏLƏNDİ - VİDEO

Qaydalar 15 Yanvar 2026 12:48
Maşının qabağını qaldırıb “şou” göstərən sürücü YENƏ CƏRİMƏLƏNDİ   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Lənkəranda kobud qayda pozan sürücü videolarını sosial şəbəkədə yayıb.

Avtosfer.az-ın məlumatına görə, 77-KB-974 dövlət nömrə nişanlı “Khazar” markalı avtomobilin sürücüsü qarşı tərəfdən gələn nəqliyyat vasitəsinə məhəl qoymadan bütöv xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb.

Kadrdan da göründüyü kimi, o, “şou” göstərməyə çalışıb və bu zaman arxadan gələn sürücü onu lentə alıb. Digər görüntüdə isə o, nəqliyyat vasitəsini dövlət nömrə nişanı olmadan idarə edib.

Eyni zamanda sürücü avtomobilin konstruksiyasına dəyişiklik edib və maşının arxa tərəfinə qadağan olunmuş işıq cihazı - sayrışan formada üçüncü stop işığı quraşdırıb.  

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, həmin nəqliyyat vasitəsinin sürücüsü polis əməkdaşları tərəfindən müəyyən olunub və sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilib.

Qeyd edək ki, sözügedən sürücü əvvəllər də kobud qayda pozuntularına yol verib və barəsində inzibati qaydada tədbirlər görülüb.

Nərmin

Oxunub 850
ŞƏRH YAZ
Ad

E-mail

Şərh