Qadını vurub qaçdı - Özü də təslim oldu

Masallı rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törədib hadisə yerindən qaçmış sürücü təslim olub. Baş Prokurorluqdan Avtosfer.az-a verilən məlumata görə, martın 26-da saat 05 radələrində Masallı şəhəri ərazisində naməlum avtomobilin sürücüsünü yolu keçən piyada Cavadova Vüsalə qızını vurub hadisə yerindən qaçıb. V.Cavadova aldığı xəsarətlərdən orada ölüb. Faktla bağlı rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Həmin gün Masallı rayon sakini, “QAZ 32213” markalı, 44-BS-386 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Həşimov Əzizəli Yaqub oğlu rayon Polis Şöbəsinə gələrək təqsirini könüllü boynuna alıb. Ə.Həşimov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












