Qanunda olmayan nişanı yola quraşdırıb sürücüləri çaş-baş saldılar - VİDEO

Bakıda quraşdırılmış yol nişanı sürücülərdə çaşqınlıq yaradıb. Bu barədə oxuculardan biri redaksiyamızın qaynar xəttinə məlumat göndərib. Avtosfer.az xəbər verir ki, videogörüntü paytaxtın Zərifə Əliyeva küçəsilə Neftçilər prospektinin kəsişməsində qeydə alınıb.
Belə ki, sözügedən yolda təşkil edilmiş avtobus zolağının sonuna qanunda olmayan yol nişanı quraşdırılıb. Bu nişan avtobus zolağını bildirən 5.9 nişanının üzərindən qırmızı xətt çəkilmiş formasıdır. Hərəkətin təşkili ilə məşğul olan qurum bu üsulla avtobus zolağının başa çatdığını göstərməyə çalışıb.
Lakin nə "Yol hərəkəti haqqında" qanunda, nə də ki, "Yol nişanları və siqnalları haqqında" konvensiyada belə bir nişan nəzərdə tutulmayıb.
Qanunvericiliyə əsasən, əgər avtobus zolağı növbəti yolayrıcında xüsusi nişan və nişanlanma xətləri ilə təkrar göstərilmirsə, bu, həmin zolağın bitməsi kimi qiymətləndirilir. Bu səbəbdən əlavə nişanın quraşdırılmasına ehtiyac yoxdur və bu cür nişanların tətbiqi qanunvericiliyə ziddir.
Fərid
Abşeronda vəsiqəsi olmadan "ruçnoy" çəkən "avtoş" gənc həbs edildi - VİDEO
Sərxoş vəziyyətdə avtomobil idarə edib sürət həddini aşdı – Saxlanıldı - FOTO
İş başında sükanı buraxıb oyun oynayırdı - İşdən çıxarıldı - VİDEO
Yolayrıcında qəza təhlükəsi yaradan sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Bu küçədə ikinci zolaq daimi parkinqə çevrilib - Sürücülər NARAZIDIR - VİDEO
Piyada yerüstü keçidi qoyub yolun ortasında özünü təhlükəyə atdı - VİDEO
Gəncədə qaydaları vecinə almayan sürücü əks yolda “şou” göstərdi - HƏBSƏ DÜŞDÜ - VİDEO
Yol polisindən qaçan sərxoş sürücü bütün qaydaları pozdu; iş məhkəməyə düşdü - VİDEO
Qırmızı işıqda saniyələrə baxıb qayda pozanlar; bunu bilirdiniz? - AÇIQLAMA - VİDEO
Ən sadə qaydanı pozan sürücü təhlükəli anlara səbəb oldu - VİDEO
Zolağa baxmadan manevr edən sürücü avtomobilin yolunu kəsdi - VİDEO











