Qanundan xəbərsiz sürücü maşının qarşısına keçib qəza şəraiti yaratdı - 10-CF-311 - VİDEO

Bakıda yol hərəkəti qaydasını pozan sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 12-də, Kənar Dairəvi yolda baş verib.
Belə ki, 10-CF-311 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü "Meyvəli" bazarı istiqamətindən həmin yola daxil olarkən qaydaları kobud şəkildə pozub. O, sürətlənmə zolağında sürəti artırmadan qəfil sol zolağa yerdəyişmə edib. Bu zaman yüksək sürətlə gələn avtomobilin qarşısına çıxaraq ona təhlükəli anlar yaşadıb.
Qeyd edək ki, sürücülərin əksəriyyəti sürətlənmə və tormozlama zolaqlarının nə olduğunu və bu zolaqlarda necə hərəkət etməli olduqlarından xəbərsizdirlər.
Qeyd edək ki, sürücü sürətlənmə zolağına daxil olduqdan sonra sürətini həmin zolaqda artıraraq digər zolağa yerdəyişmə etməlidir. Bu zaman manevr edəcəyi zolaqda olan nəqliyyat vasitələrinə heç bir təhlükə yaratmamalıdır.
Bu zolaqlardan düzgün istifadə etməyən sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə oluna bilərlər.
Könül Rauf
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










