Qanundan xəbərsiz sürücü yolda mədəniyyətsizlik etdi - VİDEO

Qaydalar 2 Noyabr 2023 11:00 Oxunub 892
Qanundan xəbərsiz sürücü yolda mədəniyyətsizlik etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Tıxac zamanı sürücülər necə hərəkət etməli olduqlarını hələ də bilmirlər. Bu səbəbdən tıxacın uzanması qaçılmaz olur. Avtosfer.az xəbər verir ki, Səməd Vurğun küçəsində yaşıl işığın yanmasına baxmayaraq, görüntünü qeydə alan sürücü digər istiqamətdən gələn nəqliyyat vasitələrinin yolunu kəsməmək üçün yolayrıcına daxil olmayıb. Bu zaman arxadan gələn avtobusun sürücüsü uzun siqnal verərək etiraz etməyə başlayıb. Daha sonra isə onlar arasında yüngül mübahisə düşüb.

 

"Yol hərəkəti haqqında" qanunun 75-ci maddəsində qeyd olunub ki, əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına daxil olması qadağandır.

 

Leyla

ŞƏRH YAZ
Ad

E-mail

Şərh