Qanunsuz park edilmiş bu maşına görə sakinlər bloka girə bilmədi - VİDEO
Qaydalar
16 Dekabr 2025 10:00
Oxunub 468

Xırdalanda dayanma-durma qaydasını pozan sürücü hərəkətə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsində yerləşən binaların birinin həyətində qeydə alınıb. Belə ki, 77-BF-836 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü blokun düz girişində park edərək oradan uzaqlaşıb. Sakinlərin biri tərəfindən qeydə alınmış videodan da aydın şəkildə görünür ki, park edilmiş avtomobilə görə bloka girib-çıxmaq qeyri-mümkün olub.
Fərid
ŞƏRH YAZ













