Qara Qarayevdə səkilər zəbt olunub, piyadaların yolu kəsilib - VİDEO

Qaydalar 7 Oktyabr 2022 16:29 Oxunub 1218
Qara Qarayevdə səkilər zəbt olunub, piyadaların yolu kəsilib  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Qara Qarayev prospektində düzgün park edilməyən avomobillər piyadalara çətinlik yaradıb. Avtosfer.az xəbər verir ki, səkidə park edilmiş avtomobillər bir tərəfdən, pilləkanın qarşısında park edilmiş avtomobil isə digər tərəfdən insanların rahatlığını pozub. 90-RX-320 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü pilləkanın qarşısını zəbt etdiyi üçün, piyadaların yolu digər tərəfə keçməsinə məhdudiyyət yaradıb.

Bir çox sürücü elə düşünür ki, dayanma-durma yalnız 3.27 nişanı quraşdırılmış yol sahələrində qadağan edilir. Lakin “Yol hərəkəti haqqında” qanunun 52-ci maddəsində dayanma və durmanın qadağan edildiyi hallar qeyd edilib. Onlardan biri də giriş və çıxışların qarşısında dayanmadır. Nəqliyyat vasitələri ilə yanaşı, piyadaların da giriş-çıxışı olan yerlərdə avtomobillərin park edilməsi qadağandır.

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh