Qarabağ əlili içkini dərmanla qarışdırıb maşına oturdu, qəza törətdi

Bu gün günorta saatlarında Ələt-Astara avtomobil yolunun "Şirvan" kanalına yaxın hissəsində "OKA" markalı əlil maşını arxadan, qarşısında hərəkətdə olan "Tofaş" markalı minik maşınına çırpılıb. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, hadisə nəticəsində heç kəs xəsarət almasa da "OKA"nın sürücüsü, 1972-ci ildə anadan olmuş Masallı rayon sakni, 2-ci qrup Qarabağ əlili Abıyev Yalçın Sakit oğlunun sükan arxasında huşsuz vəziyyətdə qaldığı məlum olub. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Koma vəziyyətindədir. Ehtimal edilir ki, sürücünü komatoz vəziyyətinə salan onun içdiyi alkoqollu içki ilə qəbul etdiyi dərmanların bir-birinə qarışması olub. Hazırda Yalçın Abıyevə komadan çıxması üçün zəruri tibbi yardım göstərilir.
Faktla bağlı DYP-də araşdırmalara başlanılıb.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












