Qaranlıqda “avtoşluq” edib “TikTok”da paylaşdı: “Ruçnoy necədir?” - VİDEO

Rayon yollarının birində yol-hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün görüntüsü sosial şəbəkədə müzakirələrə səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, 99-US-062 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü günün qaranlıq saatında yolda sərt manevrlər edib. Belə ki, o, əl əyləcindən istifadə edərək avtomobili əks istiqamətə fırladıb və təkərlərin yolun səthi ilə sürtünməsi səsləri çıxarıb. Bu zaman arxadan gələn maşındakı gənclər sürücünün “şou”sunu lentə alıblar və avtomobilin işığını yandırıb söndürərək, səs çıxararaq onun törətdiyi qayda pozuntusunu bəyəndiklərinə işarə ediblər.
Xatırladaq ki, sürücünün törətdiyi qayda pozuntusu avtoxuliqanlıqlıq göstəricilərinə əsaslandığı üçün İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsiylə nizamlana bilər.
Nərmin
Zolağa baxmadan manevr edən sürücü qəza təhlükəsi yaratdı - VİDEO
“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO









