Qarlı yolda “07” ilə “hoqqa” verən sürücü qəzadan belə qurtuldu; yol polisi cərimələdi - VİDEO

Ağsu dolaylarında yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü videosunu sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Videodan göründüyü kimi, 77-ER-059 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü qarlı hava şəraitində bütöv xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb. Bu zaman o, qarşı tərəfdən gələn “Toyota” markalı avtomobili təhlükəyə atıb və onunla toqquşmaqdan son anda yayınıb.
Qeyd edək ki, qarlı və buzlu yollarda bu cür “şou” xarakterli, riskli manevrlər avtomobilin idarəetmədən çıxmasına, əyləc məsafəsinin uzanmasına və ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər. Xüsusilə bütöv xəttin pozulması sürücünü qarşıdan gələn nəqliyyatla üz-üzə qoyur və belə hallarda saniyələr insan həyatını həll edir. Yol hərəkəti iştirakçıları qış şəraitində sürət həddinə və yol nişanlarının tələblərinə ciddi əməl etməlidirlər.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Avtosfer.az-a bildirilib ki, “VAZ-2107” markalı avtomobilin sürücüsü polis əməkdaşları tərəfindən müəyyən olunaraq barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Nərmin
Dairədəki maşını görə-görə yol verməyən sürücü qəza riski yaratdı - VİDEO
Zolağına sığmayan sürücü yolayrıcında qəza şəraiti yaratdı - VİDEO
Sumqayıtda təhlükəli anlar: İşıqforu və piyadanı gözardı edib şütüdü - VİDEO
Bu küçədə qaydasızlıq baş alıb gedir: Sürücülər yolayrıcında xaos yaradır - VİDEO
Sürücülər Çin maşınlarını səkidə saxlayıb piyadalara mane olur - FOTO
"Sürücülərə bu halda tətbiq edilməlidir" - Cərimə balı sistemi - VƏKİL
Orta zolaqdan geriyə dönən qadın sürücü az qala qəza törədəcəkdi - VİDEO
Maşının işığını yolboyu yandırıb-söndürərək digər sürücüləri narahat etdi - VİDEO
Sürücü maşının qarşısına çıxıb qəza şəraiti yaratdı, üstəlik etiraz etdi - VİDEO
Qabağa düşmək istəyən sürücü sarı işıqda keçib tıxaca qaldı - VİDEO
Nakotikin təsiri altında traktor sürdü - Sürücülük hüququndan 2 illik məhrum edildi











