Qarlı yolda “07” ilə “hoqqa” verən sürücü qəzadan belə qurtuldu; yol polisi cərimələdi - VİDEO

Ağsu dolaylarında yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü videosunu sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Videodan göründüyü kimi, 77-ER-059 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü qarlı hava şəraitində bütöv xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb. Bu zaman o, qarşı tərəfdən gələn “Toyota” markalı avtomobili təhlükəyə atıb və onunla toqquşmaqdan son anda yayınıb.
Qeyd edək ki, qarlı və buzlu yollarda bu cür “şou” xarakterli, riskli manevrlər avtomobilin idarəetmədən çıxmasına, əyləc məsafəsinin uzanmasına və ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər. Xüsusilə bütöv xəttin pozulması sürücünü qarşıdan gələn nəqliyyatla üz-üzə qoyur və belə hallarda saniyələr insan həyatını həll edir. Yol hərəkəti iştirakçıları qış şəraitində sürət həddinə və yol nişanlarının tələblərinə ciddi əməl etməlidirlər.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Avtosfer.az-a bildirilib ki, “VAZ-2107” markalı avtomobilin sürücüsü polis əməkdaşları tərəfindən müəyyən olunaraq barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Nərmin
Tıxacı görən sürücü yoluna davam etmək üçün əks istiqamətə çıxdı - VİDEO
Nəzarət kamerasının olmamasından istifadə edən sürücü qırmızıda keçdi - VİDEO
Başı söhbətə qarışan sürücü yolayrıcına necə gəldi girərək təhlükə yaratdı - VİDEO
Yolayrıcında qəfil zolaq dəyişən sürücü qəza şəraiti yaratdı - 99-GT-074 - VİDEO
Sağ zolaqdan qəfil sola dönən sürücü qəza şəraiti yaratdı - VİDEO
Xırdalanda "ruh kimi" gəzən sürücü maşının bütün işıqlarını söndürdü - VİDEO
Qayda pozan sürücü qəza təhlükəsi yaradıb qarşı tərəfi borclu çıxardı - VİDEO
"Öz yazdığı" qaydalarla hərəkət edən sürücüdən təhlükə: Nə sürəti artırdı, nə sağa keçdi - VİDEO
Səbirsizlik edən sürücü keçidi keçən polisə yol vermədi - VİDEO
Xətaidə “Prius” sürücüsü qoçuluq edib yol kəsir – 77-TL-980 - VİDEO
Qadağan olunmuş zolaqda hərəkət edən AA seriyalı “Lexus” sürücüsü təhlükə yaratdı - VİDEO













