Qarlı yolda maşını bir neçə dəfə fırladıb “ölüm şou”su göstərdi - CƏZALANDIRILDI - VİDEO

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, artıq qayda pozan şəxsin kimliyi polis əməkdaşları tərəfindən müəyyənləşib və sürücü 20 yaşlı İsmayıl Əlibalayev barəsində qanunamüvafiq tədbir görülüb.
*** 17:30
Qubada yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü videolarını “TikTok” sosial şəbəkəsində paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, 77-DD-297 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilin sürücüsü qarlı yolda əl əyləcini çəkərək avtomobili bir neçə dəfə fırladaraq “şou” göstərib. Bu zaman o, özüylə yanaşı sərnişinlərin həyatını da risk altına atıb.
Paylaşılan digər videolarda isə sürücünün sürət həddini aşdığı, avtomobilin ön şüşəsinə operativ nəqliyyat vasitələrinə məxsus göy və qırmızı sayrışan işıq siqnalları quraşdırdığı görünür. Bundan başqa, bəzi görüntülərdə axşam saatlarında avtomobili işıqları söndürülmüş vəziyyətdə idarə etdiyi də əks olunub.
Qeyd edək ki, sözügedən sürücünün vəsiqəsiz avtomobil idarə etməsi ilə bağlı iddialar da yayılıb. Belə ki, paylaşılan videolardan birinin rəy bölməsində bu barədə məlumat yer alıb.
Nərmin
Sərxoş halda maşın sürən məşhur müğənni saxlanıldı
Avtobusu qulağında telefon idarə edən sürücünü vətəndaş İFŞA ETDİ - VİDEO
Masazırda özünə yer tapa bilməyən sürücü ard-arda qaydaları pozdu - VİDEO
Maşını yolun ortasında park edən sürücü hərəkətə çətinlik yaratdı - VİDEO
Keçiddə təhlükəli anlar: Sürücü az qala piyadanı vuracaqdı - REAL VİDEO
Getdiyi yerdə qəfil tormoz verən sürücü bir ailəni təhlükə altında qoydu - VİDEO
Qəza işıqlarını yandırıb yolayrıcını zəbt edən sürücü hərəkəti əngəllədi - VİDEO
Sumqayıtda avtobus yol hərəkəti qaydalarını pozdu - VİDEO
Səkidə parklanan maşın əlilin hərəkətinə maneə yaratdı – 77-UX-158 - VİDEO
Bu döngədə diqqətli olun!- Zolaqdan kənara çıxanları kamera çəkir - VİDEO
Yol nişanına məhəl qoymayan sürücü ağır qəza törətdi - VİDEO










