Qarlı yolda sürüşən maşını görən sürücü təhlükəli “şou” göstərdi - VİDEO

Qaydalar 13 Fevral 2026 18:30
Qarlı yolda sürüşən maşını görən sürücü təhlükəli “şou” göstərdi   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Gəncə şəhəri, Gülüstan qəsəbəsində kobud qayda pozan sürücü videosunu sosial şəbəkədə paylaşıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb.

Kadrlardan göründüyü kimi, qarşı tərəfdən gələn “Mercedes” markalı avtomobil qarlı yolda sürüşərək yolun kənarına çıxır.

Hadisənin şahidi olan 77-FS-168 dövlət nömrə nişanlı “Opel Astra” markalı avtomobilin sürücüsü “şou” məqsədilə avtomobili sağa - əks zolağa sürür, sonra yenidən sola manevr edərək öz zolağına qayıdır.

Bu zaman o, özü və avtomobildəki sərnişinlə yanaşı, əks istiqamətdə hərəkət edən avtomobil üçün qəza təhlükəsi yaradır.

Xatırladaq ki, belə riskli davranışlar, xüsusilə əlverişsiz hava şəraitində, yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını daha da artırır.

Nərmin

Oxunub 342
ŞƏRH YAZ
Ad

E-mail

Şərh