Qarşıda tıxac varsa yolayrıcına daxil olmaq olmaz - Cəriməsi 100 manat 3 baldır - VİDEO

Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sürücülərin tez-tez buraxdığı bir qayda pozuntusuna diqqət çəkib.
Avtosfer.az xəbər verir ki, o, yol ayrıcında dayanma qaydaları ilə bağlı sürücülərin ciddi yanlış təsəvvürlərə sahib olduğunu bildirib.
Məşqçinin sözlərinə görə, bəzi sürücülər hətta təcrübəlilər belə sarı tor işarəsi görünəndən sonra həmin nöqtədə dayanmağın qadağan edildiyini düşünürlər. Aqil Rəhimov bildirir ki, əslində, sarı torun olub-olmamasından asılı olmayaraq, qayda dəyişmir: yol ayrıcında dayanmaq olmaz.
O, dərs zamanı çəkilən bir situasiyanı misal göstərərək qeyd edib ki, yol ayrıcında tıxac yaranarsa, sürücü həmin tıxacın içinə daxil olaraq ilişib qala bilər və bu da yolda lüzumsuz maneə yaradır. Tıxac açıldıqdan sonra hərəkət davam etdirilə bilər, lakin sürücülər ehtiyatlı olmalı və xüsusilə yan zolaqlardan gələn nəqliyyat vasitələrinə diqqət yetirməlidirlər.
Məşqçi sürücüləri qaydalara daha ciddi yanaşmağa çağırıb və vurğulayıb ki, yol ayrıcında dayanmaq həm təhlükə yaradır, həm də qayda pozuntusu hesab olunur.
Eltac Zülfüqaroğlu
Qırmızı işıqda saniyələrə baxıb qayda pozanlar; bunu bilirdiniz? - AÇIQLAMA - VİDEO
Ən sadə qaydanı pozan sürücü təhlükəli anlara səbəb oldu - VİDEO
Zolağa baxmadan manevr edən sürücü avtomobilin yolunu kəsdi - VİDEO
Qırmızı işıqda yolayrıcına girən sürücü az qala qəza törədəcəkdi - VİDEO
Maşının qabağını qaldırıb “şou” göstərən sürücü YENƏ CƏRİMƏLƏNDİ - VİDEO
“BakuBus”ın sürücüləri bir-biri ilə yarışır; Təlimlərdə onlara nə öyrədilir? – RƏSMİ AÇIQLAMA - VİDEO
Bu prospektdə sürücülər kütləvi şəkildə səkini zəbt edirlər - VİDEO
Qaraçuxurda “Tofaş”la “hoqqa” çıxaran sürücü ard-arda təhlükə yaratdı - VİDEO
Bu küçədə hər gün xaos yaşanır – Zolaq və səki zəbt olunur - VİDEO
Qaranlıqda təhlükə saçan sürücü: İşıqforu görməzdən gəlib yolayrıcına girdi - VİDEO
Qusarda narkoman sürücü həbs edildi - 38-BX-530 - VİDEO











