Banner

Qarşıdan gələn maşının yolunu kəsib hərəkətə mane oldu - VİDEO

Qaydalar 23 İyun 2025 11:00 Oxunub 1490
Qarşıdan gələn maşının yolunu kəsib hərəkətə mane oldu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xırdalan şəhərində yol hərəkəti qaydasını pozan sürücü hərəkətə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsilə Heydər Əliyev prospektinin kəsişməsində qeydə alınıb. Belə ki, 77-LZ-404 qeydiyyat nişanlı "KIA" markalı avtomobilin sürücüsü sol dönən zaman qarşıdan gələn avtomobilə yol verməyib. Yolayrıcında sıxlıq yarandığı üçün, o, yolun ortasında dayanaraq hərəkəti lap çətinləşdirib.

Qeyd edək ki, bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə 3 bal 100 manat məbləğində cərimə nəzərdə tutulub.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh