Qatarın içində bunu edənlər 200 manat cərimələnəcək - VİDEO

Metropolitendən istifadə qaydaları və həmin qaydaların pozulmasına görə nəzərdə tutulan məsuliyyət məsələlərindən əksər sərnişinlər xəbərsizdirlər. Avtosfer.az-ın verdiyi məlumata görə, bəzi sərnişinlər, xüsusilə gənclər, qatarda maşinistlə əlaqə düyməsini sıxaraq ehtiyac olmadan danışırlar.
Bəs görəsən, maşinistlə əlaqə düyməsindən istənilən vaxt istifadə etmək olarmı?
Qeyd edək ki, metropolitendən istifadə qaydalarına əsasən, "sərnişin-maşinist" rabitə düyməsindən yalnız həqiqi fövqəladə hallar zamanı istifadə olunmalıdır. Bu zərurət aşağıdakı halları əhatə edə bilər:
Əgər sərnişinlərdən birinin halı pisləşərsə, vaqonda yanğın, tüstü və ya başqa təhlükəli vəziyyət baş verərsə, davranışı təhlükəli olan sərnişinlər və ya hər hansı cinayət halı, məsələn oğurluq, zorakılıq və s olarsa, əgər sərnişin vaqonda təhlükəli texniki nasazlıq hiss edirsə, bu hallarda maşinistlə əlaqə düyməsindən istifadə etmək olar. Digər hallarda həmin düyməni sıxmaq qadağandır.
İnzibati Xətalar Məcəlləsinin 306.1-ci maddəsinə görə, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görə, 200 manat məbləğində cərimə nəzərdə tutulub.
Fərid
Motosikletin qabağına qəfil çıxan yük maşını qorxulu anlar yaşatdı - VİDEO
Bu qəzada günahkar kimdir; sürücü, yoxsa piyadalar? – Ekspert İZAH ETDİ - VİDEO
Xətaidə səfirliyə məxsus “BMW” piyadaları təhlükə ilə üz-üzə qoydu - VİDEO
Maşınlarını necə gəldi saxlayan sürücülər küçəni bağladı – 10-ZT-487 və 90-DM-898 - VİDEO
"ZİL" sürücüsü narkotikin təsiri altında SAXLANILDI - Ekologiya postunda - FOTO
Tıxacdan qaçan sürücü parkinq zolağına keçdi – 99-HQ-022 - VİDEO
Bakıda "Ferrari"nin sürücüsü qaydaları kobud şəkildə pozdu - VİDEO
Boş yerə sığmayan sürücü ikinci cərgəni zəbt etdi - VİDEO
Bakı küçələrində “Hyundai”la “şou” göstərən sürücü – 90-VK-085 - VİDEO
Təhlükəli ötmə edən “Land Rover” sürücüsü az qala ağır qəza törədəcəkdi - REAL VİDEO
Qəza şəraiti yaradan avtobus sürücüsü əl-qol atıb qarşı tərəfi haqsız çıxardı - VİDEO










