Qatarlarda bu hərəkəti edənlər 70 manat cərimələnəcək – RƏSMİ AÇIQLAMA - VİDEO

Bəzən metrodan istifadə edən vətəndaşlar telefonlarının enerjisi bitəndə qatarın divarlarında, eləcə də stansiyalarda quraşdırılan elektrik yuvalarına diqqət yetirirlər.
Avtosfer.az xəbər veriri ki, kimisi düşünmədən cihazını ora qoşur, kimisə tərəddüd edir: “Görəsən, icazəlidirmi?” Araşadırmalardan sonra məlum olub ki, stansiyalardakı, dəhliz və vestibüldəki belə elektrik yuvalarından istifadə etmək mümkündür. Lakin qatarın içərisindəki elektrik yuvalarının əsas funksiyası, əslində, bir çoxlarının düşündüyü kimi sərnişin rahatlığı üçün nəzərdə tutulmayıb.
Belə hallarda qısaqapanma və ya texniki nasazlıq riski varmı? Ən əsası, bu qaydanı pozanlara qarşı hər hansı inzibati tədbir görülürmü?

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən Avtosfer.az-ln sorğusuna cavab olaraq bildirilib ki, Bakı metropolitenində quraşdırılmış elektrik yuvaları ictimai istifadə üçün deyil:
“Bu yuvalar metropolitenə məxsus texniki avadanlıqların – qoşulması üçün nəzərdə tutulub. Texniki baxımdan elektrik yuvalarında qısa müddətli enerji götürmək ciddi təhlükə yaratmasa da, onların texniki təyinatı sərnişinlərin şəxsi cihazları üçün uyğun deyil. Bundan əlavə, sərnişin axını və məkan təhlükəsizliyi baxımından qəbuledilməzdir və müəyyən risk mövcuddur. Bu səbəbdən sərnişinlərin metropolitenin texniki enerji nöqtələrinə müdaxiləsi elektrik təhlükəsizliyi qaydalarına zidd hesab olunur.
Bu cür hallar metropolitenin ictimai davranış və təhlükəsizlik qaydalarının pozulması kimi qiymətləndirilir”.
Qurumdan oda vurğulanıb ki, qaydaya riayət etməyən sərnişinlərlə bağlı inzibati tədbirlərin görülməsi müvafiq qurumların səlahiyyətinə daxildir:
“Elektrik təchizatı xidməti belə hallarda yalnız texniki təhlükəsizlik və avadanlıqların qorunması istiqamətində tədbirlər görür və inzibati qərar verən quruma məlumat təqdim edir.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 306-cı maddəsinə əsasən, vətəndaşlar müvafiq icazə olmadan metropolitenin elektrik şəbəkəsinə elektrik işlədicilərini qoşmağa görə 70 manat məbləğində cərimə edilir”.
Fidan
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO
Şəhərin mərkəzində nişanlara məhəl qoymayan sürücü qaydanı pozdu - VİDEO
Yolayrıcını düzgün keçə bilməyən avtobus sürücüsü əks yola çıxıb maneə yaratdı - VİDEO
Reyddə saxlanılan sürücü sərxoş çıxdı: “Jurnalist çağırın” deyib dava saldı - VİDEO
Dönmə işığına arxayın olan "BakuBus" sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Masazırda yolu kəsən sürücü görün özünə necə haqq qazandırdı - VİDEO
Qusarda avtoxuliqanlıq edən sürücü 15 sutka həbs edildi - FOTO
Sürücünün qaydaları kobud şəkildə pozmasının ANBAAN VİDEOsu
Boş yerdə dayanmayıb yolun ortasında sərnişin düşürən sürücü hərəkəti məhdudlaşdırdı - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücülər yolda təhlükə yaratdılar - VİDEO
Masazırda qaydalardan xəbərsiz sürücü az qala qəza törədəcəkdi - VİDEO









