Qaxda taksi körpüyə çırpılıb, iki nəfər xəsarət alıb - FOTO

Qaxda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında Qax-Şəki yolunun 1-ci kilometrliyində, Kürmük çayı üzərindəki körpünün girəcəyində baş verib. Zaqatala rayon Əhmədli Köçkün qəsəbə sakini, 1978-ci il təvəllüdlü Elsəvər Qara oğlu Həsənov idarə etdiyi "34-BD-419" dövlət qeydiyyat nişanlı "Lada 2110" markalı avtomobillə Qax şəhəri istiqamətdə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil Kürmük çayı üzərindəki dəmir körpüyə çırpılıb. Qəza zamanı sürücü və onun sərnişini, Qax rayon Əmbərçay kənd sakini 1990-cı il təvəllüdlü Bəhruz Ramil oğlu Məmmədov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, hər iki yaralıya ilkin tibbi yardım göstərilib. Sürücü E.Həsənova qapalı kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti orta-ağırdır. Sərnişin B.Məmmədovun vəziyyəti isə kafidir.
Faktla bağlı Qax rayon Polis şöbəsində araşdırma aparılır.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO


















