Qayda pozan avtobus sürücüsü maşını sürtüb güzgüsünü sındırdı - ANBAAN VİDEO

Novxanı-Xırdalan yolunda avtomobilə maddi ziyan vuran avtobus sürücüsünün görüntüsü anbaan videoqeydiyyatçıya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 23-də saat 06:53 radələrində qeydə alınıb. Kadrdan da görünür ki, 515 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü manevr qaydasını pozub. Belə ki, o, sol zolaqdakı nəqliyyat vasitəsinə əhəmiyyət vermədən sola manevr edib və bu vaxt həmin maşını vuraraq onun yan güzgüsünü sındırıb.
Xatırladaq ki, dönmə işığını yandıraraq istənilən halda manevr etmək olmaz. Bu qayda pozuntusu hesab olunur və qəzayla nəticələnə bilər. Manevr etmək istəyən sürücü yalnız keçid edəcəyi zolağın boş olduğuna və digər nəqliyyat vasitələrinə təhlükə yaratmadığına əmin olduqda bu əməliyyatı icra edə bilər.
Nərmin
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO
Sürücü evakuatoru işıqforun altında saxlayıb hərəkətə maneə yaratdı – 77-TE-419 - VİDEO










