Qayda pozan “Prius” sürücüsü “BMW”ni vurmaqdan son anda yayındı - VİDEO

Nərimanov rayonu Təbriz küçəsində qayda pozan sürücü qəza riski yaradıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Belə ki, taksi fəaliyyətiylə məşğul olan 90-LY-764 dövlət nömrə nişanlı “Toyota Prius” markalı maşının sürücüsü geriyə dönən zaman əks tərəfdən gələn “BMW” markalı avtomobilə yol vermədən hərəkət edib və yolun ortasında dayanıb.
Bu zaman təhlükə ilə üzləşən “BMW” sürücüsü də avtomobili vaxtında dayandırıb və “Prius”a yol verib. Qayda pozan sürücü isə əliylə işarə edərək ona təşəkkürünü bildirib. Qeyd edək ki, sürücü geriyə dönməzdən əvvəl öz zolağında dayanmalıdır. Qarşıdan gələn avtomobillərə maneə yaratmayacağına əmin olduqdan sonra manevrə başlamalıdır.
Nərmin
Avtobus sürücüsündən TƏHLÜKƏLİ MANEVR: Qəza şəraiti yarandı - VİDEO
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO










