Bakıda qayda pozan yaşlı sürücü əl-qol atıb polisi şərlədi - VİDEO

Sürücü ilə yol polisi əməkdaşı arasında olan mübahisənin görüntülərini avtomobildə olan sərnişinlərdən biri qeydə alıb. Videogörüntünü Avtosfer.az-a həmin sürücünün oğlu göndərərək bu məsələnin ictimailəşdirilməsini xahiş edib. O, müraciətində bildirib ki, polis əməkdaşı onun yaşlı atasına əl-qol ataraq kobud davranış nümayiş etdirib. Lakin videogörüntüyə baxarkən məlum olur ki, polis əməkdaşı sürücü ilə nə kobud davranır, nə də ona qarşı nalayiq ifadələr işlədir. Əksinə qayda pozduğuna görə saxlanılan sürücü məsuliyyətdən yayınmaq üçün yol polisi ilə əsassız mübahisə edir və mühərriki işə salaraq oradan uzaqlaşmağa çalışır. Bu zaman onların arasında mübahisə yaranır. Hadisənin paytaxtın Axundov parkının yanında qeydə alındığı bildirilir.
Dialoqdan da aydın olur ki, polis əməkdaşı sürücünü dayanmanın qadağan edildiyi yerdən uzaqlaşdırmaq istəyib, lakin o, yük yerini açaraq parkda oturmağa gedib.
Qeyd edək ki, əksər sürücülər yol polisləri ilə əsassız şəkildə mübahisə edərək məsuliyyətdən yayınmağa çalışırlar, sonar isə sosial şəbəkədə və ya yaxınları arasında yol polisinin haqsız olduğunu deyərək özlərini intizamlı sürücü kimi qələmə verməyə çalışırlar.
Sürücülərə tövsiyə edirik ki, qaydaları pozmasınlar. Pozduqları zaman isə səmimi etiraf edərək məsuliyyətini daşımağa hazır olsunlar. Bu zaman nə mübahsiə yaranacaq, nə də ki, haqsızlıq baş verəcək…
Nərminə Əli
“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO - YENİLƏNİB
Narkotikin təsiri altında sükan arxasına keçən sürücü yenidən saxlanıldı - FOTO
Zolağa baxmadan manevr edən sürücü qəza təhlükəsi yaratdı - VİDEO
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO








