Qayda pozan sürücü günahı o birinin üzərinə atdı: "Sən yol verməlisən" - VİDEO

Bakıda manevr qaydasını pozan sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 6-da, paytaxtın Moskva prospektində qeydə alınıb. Belə ki, 01-CP-114 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü görüntünü qeydə alan avtomobilin qarşısına keçərək təhlükəli vəziyyət yaradıb. Bundan qəzəbilşən sürücü irad bildirən zaman, həmin sürücü bəhanə etməyə başlayıb. O, "dönmə işığını sola yandırmısansa məni buraxıb getməlisən" deyərək özünə haqq qazandırmağa başlayıb. Lakin görüntünü qeydə alan sürücü zolağını sola dəyişmək fikrində olmadığını və dönmə işığını yandırmadığını bildirib. Videodan aydın şəkildə görünür ki, soldakı sürücü dönmə işığını sağa yandırıb. Qeyd edək ki, ikisi də eyni anda, yəni, biri sola biri sağa manevr etsələr belə, onda soldakı sürücü sağına yol verməlidir. Bu müddəa qanunvericilikdə də öz əksini tapıb.
"Yol hərəkəti haqqında" qanunun 42-ci maddəsinin V hissəsində qeyd olunub ki, eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir.
Fərid
İşləməyən svetofora görə sürücüyə cərimə yazıldı - ŞİKAYƏT - VİDEO
Atasının maşınını qaçıran yeniyetməni polis atəş açıb saxladı – 16 yaşlı gənc yaralandı - VİDEO
Başı maşına qarışan sürücü ayağını zolağa çıxarıb təhlükə yaratdı - VİDEO
Novxanıda təhlükəli anlar: “Prius” sürücüsü qəzadan görün necə yayındı - VİDEO
Dairədə qaydaları pozan sürücü hərəkəti ləngidib təhlükə yaratdı - VİDEO
Bakı küçələrində nömrəsiz şütüyən avtomobilin sürücüsü ilə bağlı tədbir görüldü - FOTO - VİDEO
Vağzalın qarşısında xaos: sürücülər maşınını necə gəldi saxlayır - FOTO
Yolu bağlayıb gedən bu sürücüyə görə ağır xəstəni taksi ilə yola saldılar - VİDEO
Sumqayıtda təhlükəli anlar: İşıqforu və piyadanı gözardı edib şütüdü - VİDEO
Bu sürücünün qanunu pozması hamıya maneə yaratdı - 99-QB-873 - FOTO+VİDEO
Dairədəki maşını görə-görə yol verməyən sürücü qəza riski yaratdı - VİDEO











