Qayda pozan yaşlı qadın avtobus sürücüsünü “102” ilə təhdid etdi - VİDEO

Avtobus sürücüsünü cərimə təhlükəsiylə üz-üzə qoyan sərnişin qadın gərginlik yaradıb.
Avtosfer.az-ın məlumatına əsasən, xoşagəlməz hadisə “Bakubus” MMC-yə məxsus 44 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda qeydə alınıb.
Görüntüdən bəlli olduğu kimi, xanım və bir neçə kişi sərnişin sürücü ilə mübahisə edib. Gərginliyin yaranmasına səbəb xanım sərnişinin avtobusun qaydalarına zidd hərəkət etməsi olub.
Belə ki, avtobusun orta qapısından girərək oturan yaşlı qadına sürücü öndən minməsini və kartla gediş haqqını ödəməsini bildirib. Xanım isə sürücünün sözlərinə məhəl qoymayıb. Bu zaman sərnişinə yaxınlaşan sürücü bir daha xəbərdarlıq edərək aidiyyatı qurumların onu 60 manat məbləğində cərimə edəcəklərini vurğulayıb.
Qarşılığında yaşlı qadından təhqir və söyüş eşidən sürücü əsəbiləşərək mübahisə etməyə başlayıb. Vəziyyətdən xəbərdar olmayan bir neçə sərnişin isə sürücüyə təyziq göstərib. Həmçinin qadın yanlış hərəkət etdiyi halda “102-ni çağrın” deyərək sürücünü hədələyib.
Nərmin
Sumqayıtda təhlükəli anlar: İşıqforu və piyadanı gözardı edib şütüdü - VİDEO
Bu sürücünün qanunu pozması hamıya maneə yaratdı - 99-QB-873 - FOTO+VİDEO
Dairədəki maşını görə-görə yol verməyən sürücü qəza riski yaratdı - VİDEO
Zolağına sığmayan sürücü yolayrıcında qəza şəraiti yaratdı - VİDEO
Bu küçədə qaydasızlıq baş alıb gedir: Sürücülər yolayrıcında xaos yaradır - VİDEO
Sürücülər Çin maşınlarını səkidə saxlayıb piyadalara mane olur - FOTO
"Sürücülərə bu halda tətbiq edilməlidir" - Cərimə balı sistemi - VƏKİL
Orta zolaqdan geriyə dönən qadın sürücü az qala qəza törədəcəkdi - VİDEO
Maşının işığını yolboyu yandırıb-söndürərək digər sürücüləri narahat etdi - VİDEO
Sürücü maşının qarşısına çıxıb qəza şəraiti yaratdı, üstəlik etiraz etdi - VİDEO
Qabağa düşmək istəyən sürücü sarı işıqda keçib tıxaca qaldı - VİDEO











