Qayda pozaraq irad tutan sürücüləri söyən şəxs tutuldu - 1300 manat cərimələndi - VİDEO

Qarşı zolağa çıxaraq digər hərəkət iştirakçılarına təhlükə yaradan və ona irad tutan sürücülərə söyüşlə cavab verən şəxs saxlanılıb. Avtosfer.az xəbər verir ki, Türkiyənin Nevşehir bölgəsində baş verən hadisənin görüntüləri sosial şəbəkədə yayımlanıb. Yavuz Sultan Səlim küçəsində qarşı zolaqla hərəkət edən 50-AAF-434 dövlət nömrə nişanlı avtomobilin sürücüsü E. A. nəqliyyat vasitəsindən enərək ona xəbərdarlıq edən digər hərəkət iştirakçılarına söyüşlə cavab verib. Ardınca da əks istiqamətlə yoluna davam edib.
Görüntüləri izləyən polis əməkdaşları avtomobili və sürücünü yaxalamaq üçün işə başlayıb. Görülən tədbirlər nəticəsində nömrəsi və sürücüsü müəyyən edilən şəxs qısa zamanda saxlanılıb.
Polis əməkdaşları qayda pozan sürücü barəsində protokol tərtib ediblər. O, 30.923 TL (1326 manat) cərimələnib.
Sözügedən hadisənin videosunu təqdim edirik:
Namiq Musayev
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO
Sürücü evakuatoru işıqforun altında saxlayıb hərəkətə maneə yaratdı – 77-TE-419 - VİDEO










