Qayda pozmağa vərdiş edən sürücü görün nə etdi - VİDEO

Qaydalar 15 Dekabr 2021 16:30 Oxunub 2888
Qayda pozmağa vərdiş edən sürücü görün nə etdi  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda eyni vaxtda bir neçə qaydanı pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, 90-MM-834 qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü noyabrın 29-da paytaxtın Mətbuat prospektində həm manevr qaydasını, həm nişanlanma xəttinin, həm də svetoforun tələbini pozub. Belə ki, sürücü düzünə hərəkət təşkil edilmiş yerdən geriyə dönür, piyada keçidinin üzəri ilə hərəkət edir, həm də svetoforun qırmızı işığında dayanmır.

Düzdür, sürücünün bu hərəkəti real təhlükə yaratmasa da, etdiyi hərəkət kobud qayda pozuntusu hesab olunur. Qəzaların yaranmasına da məhz belə sürücülər səbəb olur. Təhlükə yaratmadığını düşünərək daim qayda pozaraq hərəkət etməyə öyrəşən sürücü, bir gün bu adətinin ya qurbanına çevirilir, ya da kimisə qurban edir...

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh