Qayda pozub maşını sıxır, sonra isə şər atır: Sən məni sıxırsan - VİDEO

Bakıda yol hərəkəti qaydasını pozan xanım sürücü mübahisə edib. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Üzeyir Hacıbəyli küçəsində baş verib.
Belə ki, 77-SN-720 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü sağ zolağa yerdəyişmə edərək görüntünü qeydə alan avtomobili sıxışdırıb. Halbuki, hərəkət etdiyi zolaqla düzünə gedə bilərdi. Qayda pozmağı azmış kimi svetoforda dayanan zaman təhlükə yaratdığı sürücü ilə mübahisə etməyə başlayıb. O, dəfələrlə "siz məni sıxdınız" deyərək günahı qarşı tərəfin üzərinə atıb.
Əksər sürücülər düşünürlər ki, dönmə işığını yandırdığı halda istədiyi formada manevr edə bilər. Lakin bu, yanlış düşüncədir. Dönmə işığı yandırmaq sürücüyə heç bir üstünlük vermir. Bu işıq yalnız manevr və ötmə ilə bağlı hərəkət iştirakçılarını xəbərdar etmək funksiyasını daşıyır.
Sözügedən videonu təqdim edirik.
Könül Rauf
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












