Qayda pozub qabağa düşmək istəyən sürücü yol polisini görüb özünü itirdi - VİDEO
Qaydalar
26 Avqust 2024 17:11
Oxunub 642
Bakıda sürücünün qayda pozuntusu nəzarət kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, "İnfiniti" markalı avtomobilin sürücüsü sıxlıqda vaxt itirməmək üçün avtobus zolağına daxil olmağı seçib. O, zolağa daxil olduqdan sonra yol polislərinin arxadan gəldiyini görərək öz zolağına qayıtmağa məcbur olub.
Bir çox sürücülər "nəzarət kameraları olduğu halda yol polisləri nəyə lazımdır?" - deyirlər. Bu videogörüntü nəzarət kamerası ilə qeydə alınıb. Yəni, sürücü nəzarət kamerasının əhatəsi dairəsində qayda pozub. Lakin yol polislərini görən zaman qorxudan öz zolağına qayıtmağa məcbur olub. Belə başa düşülür ki, nəzrarət kamerası ilə yanaşı, yol polislərinin də xidməti vacibdir. Əks halda yollarda xaos yarana bilər.
Fərid
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR