Qayda pozuntuları törədən sürücü hər iki əlini sükandan çəkib telefonla oynadı - RƏSMİ - VİDEO

Kobud qayda pozuntuları törədən sürücünün görüntüləri sosial şəbəkədə müzakirələrə səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, görüntülər müxtəlif vaxtlarda Şamaxı rayonu ərazisində qeydə alınıb. Belə ki, sürücü 90-DX-019 dövlət nömrə nişanlı “Mercedes” markalı və 99-NK-019 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobillərlə qayda pozub. O, sərt manevrlər edərək özüylə yanaşı nəqliyyat vasitəsində olan sərnişinlərə də təhlükə yaradıb. Sürücü bir əlində mobil telefon digəriylə sükan çənbərini idarə edərək özünü videoya çəkib. Hətta digər görüntüdə əlini tamamilə sükan çənbərindən götürüb və bu zaman yan oturacaqdakı sərnişin avtomobili idarə edib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, görüntülər araşdırılır və qısa zamanda məlumat veriləcək.
Nərmin
Zolağa baxmadan manevr edən sürücü qəza təhlükəsi yaratdı - VİDEO
“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO









