Qayda tanımayan sürücü digər avtomobili əks yola çıxarıb riskli anlar yaşatdı - VİDEO

Paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində kobud qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, insident yanvarın 26-da saat 14:20 radələrində baş verib.
Görüntülərdən aydın olur ki, 90-VJ-011 dövlət nömrə nişanlı “Changan” markalı avtomobilin sürücüsü ən sağ zolaqdan birbaşa ən sol zolağa keçir. Bu zaman həmin zolaqda hərəkətdə olan “Chevrolet” markalı avtomobil üçün qəza şəraiti yaranır.
Toqquşmanın qarşısını almaq məqsədilə “Chevrolet” sürücüsü qoşa xətti tapdalayaraq əks istiqamətli yola çıxmağa məcbur qalır. Nəticədə qarşıdan gələn nəqliyyat vasitəsi ilə üz-üzə qalaraq ciddi təhlükə yaşayır. Bir neçə saniyəlik riskli vəziyyətdən sonra sürücü yenidən öz hərəkət zolağına qayıdır.
Qeyd edək ki, avtobus zolağı ilə hərəkət və oradan digər zolaqlara kəskin manevr etmək yol hərəkəti qaydalarının kobud pozuntusu hesab olunur. Bu cür davranışlar həm sürücülərin, həm də digər hərəkət iştirakçılarının həyatı üçün ciddi təhlükə yaradır.
Nərmin
Yolayrıcını düzgün keçə bilməyən avtobus sürücüsü əks yola çıxıb maneə yaratdı - VİDEO
Reyddə saxlanılan sürücü sərxoş çıxdı: “Jurnalist çağırın” deyib dava saldı - VİDEO
Dönmə işığına arxayın olan "BakuBus" sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Masazırda yolu kəsən sürücü görün özünə necə haqq qazandırdı - VİDEO
Qusarda avtoxuliqanlıq edən sürücü 15 sutka həbs edildi - FOTO
Sürücünün qaydaları kobud şəkildə pozmasının ANBAAN VİDEOsu
Boş yerdə dayanmayıb yolun ortasında sərnişin düşürən sürücü hərəkəti məhdudlaşdırdı - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücülər yolda təhlükə yaratdılar - VİDEO
Masazırda qaydalardan xəbərsiz sürücü az qala qəza törədəcəkdi - VİDEO
Bu küçədə səki ilə hərəkət çətinləşib - Addımbaşı maşınlar park edilib - FOTO
Dönmə işığını söndürməyən sürücü prospektdə çaşqınlıq yaratdı - 77-DE-774 - VİDEO











