Qaydalar daim pozulur, ancaq cəza verilmir - VİDEO

Yol nişanı ancaq sağa hərəkəti göstərsə də, avtobuslar bu nişanı nəzərə almadan qoşa xəttindən üzərindən keçib gedirlər. Görüntülər Ukrayna dairəsinin yaxınlığında Neapol küçəsi ilə Nəsirəddin Tusi küçəsinin kəsişməsindəndir. Sürücülərdən biri isə qoşa xəttin tələbini pozub keçsə də ona yaxınlaşanda bunu etdiyini inkar etməyə başladı. Ərazidə fəaliyyət göstərən marşrut avtobuslarından birinin sürücüsü isə 80-ci ildən bu yana avtobusların həmişə o yolla hərəkət etdiyini və buna görə heç vaxt cərimələnmədiklərini deyir. Avtobuslardan birinin dispetçeri də bildirdi ki, onların hərəkət qrafikində həmin yerdə qoşa xəttindən üzərindən keçib getmək göstərilib.
Maraqlısı budur ki, ərazidə təhlükəsiz şəhər kamerası da fəaliyyət göstərir. Və həmin ərazidən dönən avtobusların hamısı əslində videom müşahidə ilə cərimə olunmalıdır. Ancaq sürücülər belə bir hadisənin baş vermədiyini deyirlər. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, həmin ərazidə lazımı araşdırma aparılacaq və marşrut xətti həmin ərazidən keçməlidirsə ərazidə əlavə nişanlar qoyula bilər.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












